"İDF İsrail dövlətini və xalqını “Hizbullah” terror təşkilatının yaratdığı təhlükədən müdafiə etməyə davam edəcək"
“Hizbullah” radikal qruplaşması Livandan İsrailə 100-ə yaxın raket atıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Şənbə günü “Hizbullah” Livandan İsrailə 100-ə yaxın mərmi atıb”, – ordunun Mətbuat Xidmətinin bəyanatında qeyd olunub.
Bildirilib ki, "İDF İsrail dövlətini və xalqını “Hizbullah” terror təşkilatının yaratdığı təhlükədən müdafiə etməyə davam edəcək".
Xatırladaq ki, ötən il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və zolaqda hərbi əməliyyata başlayıb. Sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livandakı hərbi obyektlərinə irimiqyaslı hava zərbələri endirib. Sentyabrın 30-da İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başladığını açıqlayıb.