Livanda Azərbaycan Evi açılıb

Xəbərlər

08.05.2025 - 12:48

Həkimlər Klinikalar SEO Xidməti

“Bu günədək dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi açılıb”

Livanın Kavaşra kəndində Azərbaycan Evinin açılışı mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA.AZ-a verilən məlumata görə, mərasimdən öncə Kavaşra kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Tədbir Azərbaycanın və Livanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Livandakı Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl türkman icmasının fəaliyyəti və orada evin açılmasını zəruri edən səbəblərlə bağlı ətraflı məlumat verib: “Azərbaycan Evinin açılması türkmanların Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini öyrənməsi üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”.

Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Livanda Azərbaycan Evinin açılmasının iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türkman xalqının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib: “Bu günədək dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının bariz nümunəsidir. İnanıram ki, burada yaşayan türkmanlar Livandakı Azərbaycan Evinin xətti ilə iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcəklər”.

Qeyd edək ki, bundan əlavə, Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi münasibətilə bədii tədbir də təşkil olunub.

Livanda Azərbaycan Evi açılıb Livanda Azərbaycan Evi açılıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş