Lisey və gimnaziyaların boş qalan yerlərinə seçimə başlanılıb

Xəbərlər

22.08.2023 - 14:46

cedabet dərman SEO Xidməti

II mərhələ lisey və gimnaziya seçimi 25 avqustda başa çatacaq

Bu gündən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə başlanılıb. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.

Boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş