Leysan gözlənilir

Xəbərlər

25.05.2023 - 12:57

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

Bakıda və Abşeron yarımadasında mayın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. AYNA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var.

Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Müəllif: Ayna.az