Zəlzələ ocağının dərinliyi 15 kilometr olub
Bu gün Lerik rayonunda zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 07.51-də Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 15 kilometr olub.