Lerik sakininin intiharı ilə bağlı araşdırma aparılır

Hadisə

24.05.2022 - 14:18

Müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib

Lerik rayon sakininin intihar etməsi ilə bağlı araşdırma aparılır. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı hazırda Lerik Rayon Prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib. 

Araşdırma nəticəsində müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Lerik rayon Çayrud kənd sakini Elnarə Ağəlizadə aprelin 30-da intihara cəhd edib. Xəstəxanaya aparılaraq bir müddət orada qaldıqdan sonra mayın 10-da Ağəlizadə ölüb. İki uşaq anası olan Elnarənin yaxınları onun intihar etməsinə inanmırlar. Valideynləri Elnarənin ər evində ya öldürüldüyünü, ya da intihara məcbur edildiyini iddia edirlər.

Müəllif: Ayna.az