Lavrovla ABŞ-ın Dövlət katibi arasında telefon danışığı olub

Dünya

16.02.2022 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Lavrov Rusiyanın qaldırdığı bütün məsələlər üzrə praqmatik dialoqa çağırıb

Fevralın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

AYNA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Lavrov ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri kontekstində birgə işin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Rusiya XİN başçısı Vaşinqton və onun ən yaxın müttəfiqlərinin aqressiv ritorikasının yolverilməzliyini vurğulayaraq, təhlükəsizliyin bölünməzliyi prinsipini vurğulamaqla Rusiyanın qaldırdığı bütün məsələlər üzrə praqmatik dialoqa çağırıb.

Lavrov və Blinken müxtəlif səviyyələrdə qarşıdakı təmasların qrafikini müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş