Lavrovdan ittiham: “Qərb yalnız Zelenskini dinləməyə hazırdır”

Dünya

17.05.2023 - 15:38

Rusiya XİN başçısı: “Rusiya Zelenskinin şərtləri ilə danışıqlar aparmaq istəmir və danışıqlar üçün bu, əsas ola bilməz”

“Qərb yalnız Ukrayna Pezidenti Volodimir Zelenskinin Ukrayna münaqişəsinə son qoymaq planını nəzərdən keçirməyə hazırdır”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Birbaşa bəyan edilir ki, Rusiya Zelenskinin şərtləri ilə danışıqlar aparmaq istəmir və danışıqlar üçün bu, əsas ola bilməz. Qərbin irəli sürəcəyi yeganə plan Zelenskinin on bəndlik planıdır”, - deyə Lavrov Qərbi ittiham edib.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının xarici xidmətinin rəhbəri Cozef Borrell bildirib ki, Aİ Çinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını qeyri-ciddi hesab edir və yalnız Ukrayna Prezidentinin planını uyğun görür. Siyasətçi qeyd edib ki, Çinin planı sadəcə xoş arzular toplusudur.

Müəllif: Ayna.az