Lavrov: “Rusiya ilə Çin COVID-19-a qarşı birgə əməkdaşlıq edir”

Xəbərlər

16.07.2021 - 11:59

“Bütün məsələlərdə ən yaxın koordinasiyanı davam etdiririk”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Pekinin koronavirusun yayılmasına qarşı mübarizə və peyvənd istehsalında sıx əməkdaşlıq etdiklərini açıqlayıb. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.

 

"Biz COVID-19-un yayılmasına qarşı birgə mübarizə və peyvənd istehsalı sahəsində də daxil olmaqla bütün məsələlərdə ən yaxın koordinasiyanı davam etdiririk", - deyə XİN başçısı qeyd edib.

 

Lavrov yaxın gələcəkdə Çin ilə bütün istiqamətlərdə tam hüquqlu əməkdaşlığın bərpa ediləcəyinə inandığını söyləyib.

 

Qeyd edək ki, bundan əvvəl Lavrov Rusiya ilə Çin arasındakı strateji tərəfdaşlığın görünməmiş dərəcədə yüksəldiyini bildirmişdi.

Müəllif: Ayna.az