Lavrov: "Qərb Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır"

Dünya

05.04.2022 - 23:53

Həkimlər Klinikalar SEO Xidməti

Nazir gərginliyin azaldılmasının Rusiya xoşməramlı jesti oıduğunu deyib

Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.

AYNA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib.

Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti olduğunu söyləyib:

“Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş