Lavrov Putinlə Zelenskinin görüşü barədə danışıb

Dünya

08.06.2022 - 14:15

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı: "Prezidentlər arasında görüş üçün danışıqları bərpa etmək vacibdir"

"Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş üçün ölkələr arasında danışıqlar prosesini bərpa etmək lazımdır". AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə görüşü zamanı deyib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Putinlə Zelenski arasında görüş təşkil etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Lavrov və Çavuşoğlu arasında görüş bu gün Ankarada keçirilib. XİN başçıları Ukraynadan taxıl tədarükü və onun Qara dəniz vasitəsilə ixracının təmin edilməsi imkanları ilə bağlı böhranı, həmçinin bir sıra regional məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş