Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Xəbərlər

29.03.2024 - 17:28

“Hazırda 24 bölmə üzrə 494 nəfər işlə təmin edilib”

Laçın şəhərində və rayonun Zabux kəndində 661 ailə məskunlaşıb. Laçında əhalinin dayanıqlı məskunlaşmasında ən prioritet məsələlərdən biri məşğulluğun təmin edilməsidir. AYNA xəbər verir ki, bu barədə “Laçın Abadlıq Xidməti” MMC-nin direktor müavini Elnur Abdullayev deyib.

Abdullayev bildirib ki, Laçın rayonunun Zerti kəndi ərazisində 52 hektarda yaradılmış Aqrosənaye parkında 46 müəssisənin fəaliyyətə başlaması və 1169 vakansiya nəzərdə tutulub. Hazırda 24 bölmə üzrə 494 nəfər işlə təmin edilib.

Müəllif: Ayna.az