Laçında təcili tibbi yardım briqadaları fəaliyyətə başlayıb

Xəbərlər

27.08.2022 - 13:48

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik hərbçilərin sağlamlıqlarının nəzarətdə saxlanılması üçün TƏBİB-ə müraciət edib

Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyət göstərməyə başlayıb. Bu barədə AYNA-ya TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün TƏBİB-ə müraciət edib.

Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş