Laçın-Xankəndi yolu ilə 15 xəstə və onların ailə üzvləri təxliyə olunub

Xəbərlər

26.05.2023 - 19:25

BQXK tibbi ehtiyacları olan şəxslərin Laçın - Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın - Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.

AYNA APA-ya istinadən bildirir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, bu gün humanitar neytral vasitəçi rolunda çıxış edərək, 15 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə edilməsinə yardımçı olublar.

Müəllif: Ayna.az