Kürün suyu yarıdan çox azalıb

Xəbərlər

09.03.2022 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

Umayra Tağıyeva: "Kür vasitəsilə Azərbaycana daxil olan suyun həcmi 27 faiz azalıb"

“Təəssüf ki, ölkəmizin su ehtiyatlarında azalma müşahidə olunur. İqlim dəyişikliyi ilə bağlı olan fəsadlar özünü daha da göstərməkdədir”. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Xidmət rəisi deyib ki, son 10 ildə Kür çayı ilə ölkəyə daxil olan suyun həcmi 31 faiz azalıb: “Aparılan son müşahidələrə görə, Kür vasitəsilə Azərbaycana daxil olan suyun həcmi 27 faiz azalıb”.

Kür çayının daha aşağı olan məntəqələrində suyunun azalması artıq 53 faiz təşkil edir: “Kürün suyundan ifrat dərəcə istifadə bu cür gərgin vəziyyəti ortaya qoyur”. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş