Kürə neft məhsullarının axıdılıb

Xəbərlər

15.08.2023 - 14:37

cedabet dərman SEO Xidməti

Gəmi istifadəçiləri barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb

Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, Mingəçevir şəhər Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Mingəçevir şəhərində Kür çayının sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.

Faktlarla bağlı gəmi istifadəçiləri Zaur Məmmədli, Fərid Əkbərov, İsgəndər Rzayev və Ehtiram Abdullayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş