Kürdəmirdə ağır yol qəzasında 3 nəfər ölüb

Xəbərlər

28.10.2023 - 23:34

cedabet dərman SEO Xidməti

İki avtomobilin toqquşması nəticəsində 3 nəfər həlak olub

Kürdəmirdə ağır yol qəzası baş verib. AYNA ”Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 1 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş