"Kürd Elnur" ləqəbli şəxsə hökm oxunub

Xəbərlər

21.04.2025 - 12:42

Həkimlər Klinikalar SEO Xidməti

"Kürd Elnur" ləqəbli, dəfələrlə məhkum olunmuş Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AYNA.AZ "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elnur Abbasov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elnur Abbasov bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum "kriminal avtoritet" Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş