Kür çayında batan yeniyetmənin meyiti tapılıb

Xəbərlər

11.07.2022 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Meyit tapılaraq aidiyyəti üzrə təhvil verilib

Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlunun axtarışları başa çatıb.

AYNA bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

M.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 500 metr aralıda) tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş