Kür çayında 25 yaşlı gənc batıb

Hadisə

24.06.2024 - 22:30

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerinə dalğıc-xilasedicilər cəlb olunub

Neftçalada 25 yaşlı gənc Kür çayında batıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Kürün Bankə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlunun paltarı Kürün sahilində tapılıb.

Bundan sonra R.Babayevin çayda boğulduğu ehtimal edilərək aidiyyəti qurumlara məlumat verilib.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az