Külək Bakıda daha bir məktəbin dam örtüyünü uçurdu

Hadisə

07.03.2021 - 18:06

Həkimlər Klinikalar SEO Xidməti

Bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub

 

Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

 

“Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək”, - deyə açıqlamada qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş