Kuleba: "Rusiya Xerson vilayətində saxta referendum keçirməyə çalışır"

Dünya

12.03.2022 - 21:46

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq"

"Rusiya Ukraynanın Xerson vilayətində saxta referendum keçirməyə çalışır".

AYNA-bın APA-ya xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"2014-cü ilin oyunundan sonra ruslar indi də Xersonda saxta “xalq respublikası” üçün saxta referendum təşkil etməyə çalışır. Xalqın buna heç bir dəstəyinin olmadığını nəzərə alsaq, bəllidir ki, bu "referendum", tam səhnələşdiriləcək. Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq", - deyə Ukrayna xarici işlər naziri bildirib.

Baş diplomat əlavə edib ki, Rusiyaya qarşı sərt sanksiyalar davam etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş