Aşırımlardan biri uçub, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb
Bu gecə Krım körpüsünə hücum olub. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Aksyonov bildirib.
Onun sözlərinə görə, Krım körpüsündə aşırımlardan biri uçub, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Körpünün girişində uzun tıxacın yarandığı bildirilir.
“Telegram” kanallarından yayılan məlumata görə, Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, bir nəfər yaralanıb.