Kremldən Paşinyanın KTMT barədə dediklərinə reaksiya: “Heç bir rəsmi addım atmayıb”

Dünya

23.02.2024 - 14:22

Dmitri Peskov: “İrəvandan olan həmkarlarımızla təmasda olmaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dayandırılması ilə bağlı Rusiyaya rəsmi izahat göndərməyib”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz İrəvandan olan həmkarlarımızla təmasda olmaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”, - Peskov bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulduğunu açıqlayıb. Paşinyan KTMT-nin Ermənistanla bağlı öhdəliklərini yerinə yetirilmədiyini vurğulayıb.

Müəllif: Ayna.az