Kreml: Tramp rusiyapərəst deyil

Dünya

04.03.2025 - 14:30

Həkimlər Klinikalar SEO Xidməti

“Donald Tramp əvvəlki prezidentlik dövründə Rusiyaya qarşı çox addımlar atdı”

“Donald Tramp əvvəlki prezidentlik dövründə Rusiyaya qarşı çox addımlar atdı”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml rəsmisi Trampın ilk prezidentlik dövründə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları, həmçinin Ukraynaya hərbi yardımı xatırladıb.

“Həqiqətən, hər kəs yaxşı xatırlayır ki, Trampın əvvəlki prezidentlik dövründə bir çox sanksiyalar tətbiq edilib və Ukraynaya silah tədarükü başlayıb”, Peskov qeyd edib.

Tramp çıxışında “Rusiyayönlü” mövqe ilə bağlı ittihamları rədd edib və qeyd edib ki, o, “Rusiyaya kədərdən başqa heç nə verməyib”.

Tramp xatırladıb ki, onun rəhbərliyi altında Moskvaya qarşı sanksiyalar tətbiq edilib və “Javelin” raket sistemləri Kiyevə çatdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş