Peskov: "Qaraqalpaqda baş verənlər Özbəkistanın daxili işidir"
"Qaraqalpaqda baş verənlər Özbəkistanın daxili işidir". AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
“Özbəkistan bizim müttəfiqimiz, dost ölkə, çox vacib tərəfdaşımızdır. Özbəkistanda baş verən hər şey bu ölkənin daxili işidir”, - Peskov vurğulayıb.
Qeyd edək ki, Qaraqalpaqda iyulun 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bölgəni ayrılma hüququndan məhrum etməklə bağlı Konstitusiya maddəsinin dəyişdirilməsini istəməsindən sonra etirazlar başlayıb.