Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden Ukrayna ətrafındakı gərginliyi, NATO-nun Rusiya Federasiyası sərhədlərinə irəliləməsini və Rusiya liderinin təhlükəsizlik zəmanətləri haqqında təşəbbüsünü müzakirə edəcəklər.
AYNA xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü bundan başqa Putin və Baydenin acınacaqlı vəziyyətdə olan Rusiya-ABŞ ikitərəfli münasibətlərini, eləcə də Cenevrədə əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklərini də söyləyib.
Dekabrın 7-də Rusiya və ABŞ liderləri arasında videokonfrans formatında danışıqlar keçiriləcəyi gözlənilir.