“COVID-19”un B.1.1.7 növünə ilk yoluxma müəyyən edilib
Mütəxəssislər ABŞ-ın Kolorado ştatında koronavirusun yeni ştammına ilk yoluxma halını qeydə alıblar. AYNA xarici mətbuata istinadən bildirir ki, müvafiq bəyanatla ştatın qubernatoru Cared Polis çıxış edib.
“Bu gün biz Koloradoda daha əvvəl Birləşmiş Krallıqda aşkar edilmiş “COVID-19”un B.1.1.7 növünə ilk yoluxma halını müəyyən etdik”, - deyə o qeyd edib.