Koronavirusun daha 6 əlaməti aşkarlanıb
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi İdarəsinin saytında yerləşdirilmiş məlumatlara koronavirusun daha bir neçə əlaməti əlavə edilib.
AYNA “Report”a istinadən xəbər verir ki, koronavirusun daha 6 əlaməti mövcuddur. İndi simptomların siyahısına hərarət, qızdırma ilə müşahidə edilən titrəmə, əzələ ağrısı, boğaz ağrısı və dad və ya iybilmə hissinin itməsi əlavə edilib.
Koronavirusa yoluxmuş xəstələr bu simptomlar haqqında tez-tez danışırlar.
Daha əvvəl ABŞ-ın sanitar tənzimçisi koronavirusun yalnız üç ümumi simptomunu təsvir edib. Bunlar yüksək temperatur, öskürək və nəfəsalmada çətinlikdir.
ABŞ-da artıq koronavirusa 950 mindən çox yoluxma halı təsdiq edilib, 54 mindən çox insan ölüb. Birləşmiş Ştatlar dünyada COVID-19-a yoluxanların və ölənlərin sayı üzrə liderdir.