Koronavirusla bağlı son vəziyyət - <font color=red> Hər on dəqiqədə bir nəfər ölür</font>

Dünya

19.03.2020 - 11:25

Həkimlər Klinikalar SEO Xidməti

Dünyada koronavirusa yoluxanları sayı 219 min 345-ə çatıb

 

Koronavirus dünyada sürətlə yayılmaqda davam edir. AYNA təhlükəli virusla əlaqəli son məlumatları təqdim edir.

 

Dünyada koronavirusa yoluxanları sayı 219 min 345-ə, ölənlərin sayı isə 8 min 869-a çatıb. 85 min 745 adam isə virusa qalib gəlməyi bacarıb.

 

Kipr Respublikasında daha 12 nəfərin test nəticələri müsbət çıxıb və pandemiyaya yoluxanların sayı 58-ə çatıb.

 

ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Mario Diaz-Balart və Demokrat millət vəkili Ben McAdamsın koronavirusa yoluxduğu açıqlanıb.

 

Kosta Rikada isə yeni növ koronavirusdan bir nəfər dünyasını dəyişib.

 

Almaniyada da Covid-19 sürətlə artmaqda davam edir. Belə ki, ölkədə virusa yoluxanların sayı 9 min 919-a yüksəlib, 26 nəfər isə vəfat edib.

 

Fransa Səhiyyə Nazirliyinin sözcüsü Jerome Salomon ölkədə virusa yoluxanların sayının iki dəfə artdığını söyləyib. O, bildirib ki, virus nəticələri pozitiv çıxanların sayı 9 min 134-ə yüksəlib. Son 24 saat ərzində isə pandemiyadan 89 nəfər dünaysını dəyişib və bununla da ölənlərin sayı 264-ə çatıb.

 

İtaliyada da “taclı bəla” dan ölənlərin sayı artıb. Ölüm halları 475 dəfə artaraq 2979-a çatıb. Virusa yoluxanların ümumi sayının isə 35 min 713 olduğu bildirilib.

 

ABŞ-da Kovid-19-a yoluxanların sayı 9 min 345-ə, ölənlərin sayı isə 150 nəfərə çatıb.

 

Səudiyyə Ərəbistanında daha 67 adam koronavirusa yoluxub və xəstələrin ümumi sayı 238-ə çatıb.

 

Kubada isə virusdan ilk ölüm hadisəsi qeydə alınıb. Kuba Səhiyyə Nazirliyinin verdiyi açıqlamada 61 yaşlı İtalyan turistin virusdan öldüyü açıqlanıb.

 

Yaponiyada koronavirusdan daha 2 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 38-ə çatıb.

 

Meksikada isə diabet xəstəliyindən əziyyət çəkən bir xəstə Covid-19-dan dünyasını dəyişib.

 

İran Səhiyyə Nazirliyinin sözcüsü Kiyanuş Cihanpur ölkədə hər 10 dəqiqədən bir ölüm halının qeydə alındığını və hər saatdan bir 50 nəfərin virusun yoluxduğunu vurğulayıb.

 

Fici Respublikasında isə virusa ilk yoluxma qeydə alınıb.

 

“Yeni Zelandiya” radiosunun məlumatına görə, Tahiti adasında 6, Yeni Kaledoniyada isə iki nəfər virusdan vəfat edib.

 

İngiltərədə də koronavirusdan ölənlərin sayı artıb və 104-ə yüksəlib. Baş Nazir Boris Conson məktəblərin bağlanmasına qərar verildiyini açıqlayıb.

 

Rusiya Koronavirus İnfeksiyası və Profilaktika Mərkəzinin verdiyi açıqlamaya görə, Moskvada 31, Tomskda 1, Novosibirskdə də 1 vətəndaş virusa yoluxub və Rusiyada virusa yoluxanların sayı 147-yə yüksəlib.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş