Koronavirus xəstəsi küçədə aşkarlanıb

Xəbərlər

27.02.2022 - 21:16

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Baloğlanov barəsində araşdırma aparılır

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı ev şəraitində müalicəyə cəlb olunan şəhər sakini Ceyhun Baloğlanovun yaşayış yerini tərk edərək digər şəxslərin sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin şəxs küçədə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Ceyhun Baloğlanov barəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş