Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Xəbərlər

04.03.2022 - 13:41

Həkimlər Klinikalar SEO Xidməti

Müvafiq səhiyyə qurumları məlumatlandırılıb

Martın 3-də polis əməkdaşları tərəfindən respublika ərazisində bir nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbət aparıblar.

Koronavirus xəstəsi tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş