Bir gündə 30 nəfərə peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20-dir. Pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunan olmayıb.
Vurulan peyvəndlərin ümumi sayı 13 653 700, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 336, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 610, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 372, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfər təşkil edir.