Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

30.08.2022 - 17:43

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda son sutkada 1677 nəfər COVID-19-a qarşı peyvəndlənib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1677 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 890, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 155 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 858 788, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 806, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 363 343, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 259 066 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş