Son sutkada COVID-19 əleyhinə 5 854 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 854 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4 579, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 354 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 614 545, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 732, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 202 881, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 237 703 nəfər təşkil edir.