Pozitiv nəticədən sonra 1 nəfər "buster" doza üzrə peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı isə 1 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 263 773 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 314 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 803 747, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 926 687, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı 219 092 təşkil edir.