Bir gündə 31 mindən çox şəxs vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 591 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza peyvənd vurduranların sayı 27 210, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12 896 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 780 286, üç və daha çox doza peyvənd vurduranların sayı 2 623 773, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 199 741 təşkil edir.