Komitə atanın ögey qızına işgəncə məsələsini nəzarətə götürüb

Hadisə

09.09.2020 - 18:32

Məsələnin araşdırılması və tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparılır

 

Ögey atası tərəfindən işgəncəyə məruz qalan uşaqla bağlı mətbuatda əksini tapmış məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülüb.

 

Komitədən AYNA-ya verilən məlumata görə, faktla bağlı qurum tərəfindən operativ şəkildə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya müraciət olunub. Məsələnin araşdırılması və lazımı tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparılır.

Müəllif: Ayna.az