Komanda-qərargah təlimi başa çatdı - VİDEO

Xəbərlər

05.04.2022 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Təlimin son mərhələsində şərti düşmənin terror qruplaşmaları zərərsizləşdirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na uyğun olaraq keçirilən komanda-qərargah təlimi başa çatıb.

Əlahiddə Ümumqoşun Ordudan AYNA-ya verilən məlumata görə, Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində keçirilən komanda-qərargah təliminin sonuncu mərhələsində döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə bölmələrin qarşılıqlı fəaliyyəti koordinasiya edilib, qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb, birləşmə və hissələrin fəaliyyətləri, qərarların və hesablamaların reallığı kompüterlər vasitəsilə qiymətləndirilib.

Təlimin son mərhələsində şərti düşmənin terror qruplaşmalarının zərərsizləşdirilməsində uzlaşmış fəaliyyətlərə nail olunduğu bildirilib, silah və döyüş texnikasının, eləcə də müasir silah sistemlərinin və texniki vasitələrin tətbiqində uğur qazanıldığı qeyd edilib, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş