Komada qalan daha bir hərbçimiz şəhid olub

Xəbərlər

09.03.2021 - 02:13

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlərin səylərinə baxmayaraq, Babəkin həyatını xilas etmək mümkün olmayıb

 

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Cəfərov Babək Maqsud oğlu şəhid olub.

 

AYNA “Report”a istinadən xəbər verir ki, o, ötən ilin oktyabr ayının 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

 

Həkimlərin səylərinə baxmayaraq, Babəkin həyatını xilas etmək mümkün olmayıb.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş