Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb
Ukrayna Müdafiə Nazirliyi Kiyevin şimalında, Obolon rayonu ərazisində döyüşlərin getdiyini açıqlayıb. AYNA xəbər verir ki, məlumat nazirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.
Qeyd edilib ki, paytaxt Kiyevə Rusiyanın kəşfiyyat-diversiya qrupları daxil olub.
Müdafiə Nazirliyi əhaliyə müraciətində evdən çıxmamağı xahiş edib.