Makqreqor: “Kiyevin ordusu hələ də varkən, niyə Moskva ilə sülh danışıqlarına getməyək?”
“Qərb müttəfiqləri artıq Ukraynanın Rusiya üzərində qələbəsi mifinə inanmırlar”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “The American Conservative” jurnalına yazdığı məqalədə qeyd edib.
Onun fikrincə, ABŞ və Avropa dondurulmuş münaqişəni, yəni münaqişənin sona çatması barədə rəsmi bəyannamə olmadan müharibənin dayandırılmasını NATO üçün siyasi baxımdan ən məqbul uzunmüddətli nəticə hesab edirlər.
Makqreqor qeyd edib ki, Kiyevin hücum resurslarını tükəndirdikdən sonra Moskva hücuma keçəcək.
Polkovnik Ukrayna ordusundakı sursat çatışmazlığına diqqət çəkərək qeyd edib ki, Rusiya müdafiəsində uğurlu sıçrayış mümkün deyil.
“Niyə Ukrayna xalqını daha çox qan tökülməsindən xilas etməyək və Kiyevin ordusu hələ də varkən, Moskva ilə sülh danışıqlarına getməyək? Təəssüf ki, diplomatiyanın effektiv olması üçün qarşılıqlı hörmət tələb olunur və ABŞ-ın Rusiyaya qarşı hərtərəfli nifrəti diplomatiyanı qeyri-mümkün edir. Mən NATO liderlərini daha ağıllı hərəkətə keçməyə çağırıram”, - deyə Makqreqor vurğulayıb.