Kiyevə kütləvi dron hücumu edildi: 40-dan çox PUA və raket vurulub

Dünya

29.05.2023 - 13:37

Ukrayna paytaxtında hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib

Mayın 29-na keçən gecə Kiyev İran kamikadze dronlarının və qanadlı raketlərin kütləvi hücumuna məruz qalıb. AYNA Ukrayna mediasına istinadən bildirir ki, həyəcan siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun verdiyi məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 15-ci hava hücumudur.

Mayın 29-na keçən gecə Rusiya aviasiyasının hücumu zamanı Kiyev səmasında 40-dan çox pilotsuz təyyarə və raket vurulub.

Hava hücumu nəticəsində zərərsizləşdirilən raketin qalığının düşməsi paytaxtın Podol rayonunda bir yaşayış binasında dağıntıya səbəb olub.

Müəllif: Ayna.az