Kiyevdəki “İki xalqın dostluğu” abidəsi söküləcək

Dünya

25.04.2022 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

Kliçko: "1982-ci ildə qoyulmuş iki fəhlənin bürünc heykəlini sökürük"

Ukraynanın paytaxtı Kiyevdə Kreşçatı parkındakı Rusiya və Ukrayna xalqları arasında dostluğu bildirən abidə söküləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib. 

Qeyd edəık ki, abidə əlində "Xalqlar dostluğu" ordeninin lentini tutan işçilərin - Ukrayna və Rusiya fəhlələrinin heykəlidir.

“Bu həftə biz “Ukraynanın Rusiyaya yenidən birləşməsini xatırlamaq üçün” 1982-ci ildə qoyulmuş iki fəhlənin bürünc heykəlini sökürük. Kiyevin mərkəzindən “İki xalqın dostluğu” adlandırılan səkkiz metrlik abidə söküləcək", - Kliçko "Telegram" kanalında yazıb.

Xatırladaq ki, Ukraynada dekommunizasiya prosesi 2015-ci il mayın 21-də qüvvəyə minmiş bütün qanunlar paketi ilə qanuniləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş