Kiyev sakinləri yalnız həyəcan siqnalı ilə sığınacağa getmək üçün küçəyə çıxa bilərlər
Kiyev komendant saatı daha iki gün davam edəcək. AYNA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram"da yazıb. O bildirib ki, Kiyevdə və regionda komendant saatı hərbi komandanlığın qərarı ilə yenidən gücləndiriləcək, bu axşam saat 20:00-dan 28 mart bazar ertəsi səhər 7:00-a qədər davam edəcək.
“Komendant saatı zamanı şəhərdə yalnız xüsusi buraxılışlı avtomobillər hərəkət edə bilər. Kiyev sakinləri yalnız həyəcan siqnalı ilə sığınacağa getmək üçün küçəyə çıxa bilərlər. İctimai nəqliyyat, mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri işləməyəcək”, - Kliçko bildirib.