Ukrayna paytaxtında havanın keyfiyyətinin pisləşməsinə səbəb yanğın göstərilir
Kiyevdə havanın keyfiyyəti pisləşib. AYNA UNIAN-a istinadən bildirir ki, bu barədə , Ukraynanın Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyinə Uyğunlaşma Departamenti məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna paytaxtında havanın keyfiyyətinin pisləşməsinə səbəb Kiyev vilayətinin ekosistemində baş verən yanğınlar ola bilər. Belə ki, rayonun Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Baş İdarəsinin əməliyyat növbətçisi yanğının Vışqorod vilayətində qeydə alındığını bildirib.
“Cümə günü səhər saat 7:00-a olan məlumata görə, paytaxt havasında asılı hissəciklərin (toz) konsentrasiyasında artım qeydə alınıb”, - məlumatda deyilir.