“Onlar Kiyevi nəyin bahasına olursa-olsun müdafiə edəcəklərini söylədilər”
Kiyev yaxınlığında döyüşlər davam edir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna paytaxtının medi Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, Kiyevin müdafiəsi üçün bütün resurslarını toplayır: “Hər şey ağır hərbi vəziyyət şəraitində yaşayan sakinlərin həyat təminatı üçündür. Bu gün mən Kiyevin girişlərində quraşdırılmış bəzi nəzarət-buraxılış məntəqələrində oldum. Hərbçilərimiz, müdafiə qüvvələrimiz ayıq-sayıqdır və düşməni dəf etmək əzmindədir. Onlar Kiyevi nəyin bahasına olursa-olsun müdafiə edəcəklərini söylədilər”.