Kiyev məhkəməsinin binasında partlayış olub

Dünya

05.07.2023 - 21:50

cedabet dərman SEO Xidməti

Partlayışı 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib

Kiyev məhkəməsinin binasında partlayış olub. AYNA "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Məlumata görə, partlayış Şevçenkovski Rayon Məhkəməsi ərazisində qeydə alınıb.

Nazir bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib:

"Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş