Kiberdələduzlar saxta veb-səhifələr yaradaraq bank və digər fərdi məlumatları ələ keçirirlər
Kiberdələduzlar iTicket.az adından saxta veb-səhifələr yaradıb. AYNA xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, kiberdələduzlar həmin veb-səhifələr vasitəsilə vətəndaşların bank və digər fərdi məlumatlarını ələ keçirirlər.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, şübhəli veb-saytlarda hər hansı fərdi məlumatlarını daxil etmədən əvvəl brauzerin ünvan xanasındakı internet ünvanına nəzər yetirərək qurumun və ya şirkətin rəsmi veb-saytı olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edir”, - deyə xəbərdarlıqda qeyd olunub.