Kərim Vəliyev Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb

Xəbərlər

12.04.2022 - 16:03

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub

Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş